Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mesut Özildən əzəli rəqibinə mesaj - FOTO

Mesut Özildən əzəli rəqibinə mesaj - FOTO

Tarix: 14 May 2024 17:24

Türkiyəli keçmiş futbolçu Mesut Özil bu gün İngiltərə Premyer Liqasında keçiriləcək "Tottenham" -  "Mançester Siti" oyunu ilə bağlı maraqlı paylaşım edib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, paylaşımında "Arsenal"da oynadığı dönəmdə əzəli rəqibi olan "Tottenham"a mesaj göndərib:

"Tottenham bu matçı uduzmasa, bir daha onlara lağ etməyəcəm. Söz verirəm".

Qeyd edək ki, Mesut Özil "Schalke", "Werder Bremen", "Real Madrid" və "Arsenal" kimi klublarda çıxış edib. 

Milli.Az


Etiketlər:  Mesut Özildən əzəli rəqibinə mesaj FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ