Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üç ölkə Fələstin dövlətinin tanınmasını istəyir

Üç ölkə Fələstin dövlətinin tanınmasını istəyir

Tarix: 15 May 2024 12:58

Misir, Mərakeş və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) münaqişə bitdikdən sonra Qəzza zolağında yerləşdiriləcək sülhməramlı əməliyyatda iştirakla bağlı ABŞ-la ilk məsləhətləşmələri keçirib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "The Financial Times" qəzeti məlumat yayıb.

"Üç ərəb dövləti - Misir, BƏƏ və Mərakeş - ilkin müzakirələr aparıblar, lakin onlar ABŞ-nin əvvəlcə Fələstin dövlətini tanımasını istəyirlər", - adının açıqlanmasını istəməyən Qərb rəsmisi nəşrə bildirib. Onun sözlərinə görə, ərəb ölkələri ABŞ-nin sülhməramlı qüvvələrə rəhbərlik etməli olduğuna inanır, lakin Vaşinqton yerdə olmadan bunu necə edəcəyini düşünməyə çalışır.

Qəzetin məlumatına görə, Səudiyyə Ərəbistanı da daxil olmaqla digər ərəb dövlətləri hərbçilərinin sülhməramlı missiyada iştirak etmək ideyasını rədd ediblər, çünki belə bir addım İsraili dəstəkləmək kimi qəbul edilə bilər. Bundan əlavə, onlar Qəzza zolağında üsyançılara cəlb olunmaqdan da qorxurlar.


Etiketlər:  Üç ölkə Fələstin dövlətinin tanınmasını istəyir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ