Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2019 12:30
Bakı. Samir Əli - Trend:
Ötən gecə Qərb regionunun Tovuz rayonunun 35KV-luq Ağdam kənd hava elektrik veriliş xəttində texniki qəza baş verib.
Bu barədə Trend-ə "Azərişıq" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, problem operativ surətdə aradan qaldırılıb: "Qurumun texniki departamentinin əməkdaşları qabaqlayıcı tədbirlər görərək fərdi qaydada daxil olmuş şikayətləri operativ şəkildə aradan qaldırırlar. Abşeron rayonu Məhəmmədi qəsəbəsinin elektrik enerjisi təsərrüfatı yenilənir. Bu məqsədlə "Zabrat" yarımstansiyasından adıçəkilən qəsəbəyə yeni iki dövriyyəli hava xətti çəkilir və bu ayın sonuna işlər yekunlaşacaq".
"Azərişıq" ASC istehlakçılara müraciət edərək bildirib ki, yaranan hər hansı çətinliklərlə bağlı qurumun 24 saat fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin