Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2024 11:55
"Fərdi sevgi azalıbdır. Bir də görürsən, biri gəlir, deyir, ay Xumar xanım, sizin üçün ölürəm. Doğrudan da, inanırsan ki, sənin üçün, sənətin üçün ölür".
Sonxeber.net olay-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Xumar Qədimova "Səhər görüşləri" verilişində deyib. Sənətçi sözlərinə belə davam edib:
"Nəğmələrdən deyir, oxuyur, gözündən yaş da gedir. Baxırsan, sabah həmin sözləri başqasına deyir. Bu nə sevgidir? İndi hamı hamını sevir. Bu gün sənin, sabah o brisinin yanındadır. Ona görə də mənim yanımda hamı yoxdur. Mən elə qəbul edə bilmirəm. O adamlara ürəyim ağrıyır. Mən arada elələrinə ağlayıram".