Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abdullahianın dəfn mərasimi keçirilir - FOTOLAR

Abdullahianın dəfn mərasimi keçirilir - FOTOLAR

Tarix: 23 May 2024 11:14

Xəbər verdiyimiz kimi, helikopter qəzası nəticəsində həlak olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün dəfn olunacaq.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, artıq Abdullahianın dəfn mərasimi başlayıb.

Mərasimdə Xarici İşlər Nazirliyinin rəsmiləri, xarici ölkələrin nümayəndələri iştirak edirlər. 

Xatırladaq ki, Hüseyn Əmir Abdullahian Tehranda Şah Əbdül-Əzim abidə kompleksinin ərazisində dəfn ediləcək.

İran Prezidenti İbrahim Rəisinin cənazəsi də bu gün paytaxtdan doğulduğu Məşhəd şəhərinə aparılaraq orada dəfn ediləcək.


Etiketlər:  Abdullahianın dəfn mərasimi keçirilir FOTOLAR


RƏYLƏR