Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Övladlarımın tanınmış sima olmalarını istəmirəm”

“Övladlarımın tanınmış sima olmalarını istəmirəm”

Tarix: 23 May 2024 23:35

"Üç oğlan övladım var. Böyük oğlumun 14, digər əkiz övladlarımın isə 13 yaşları var. Onlar hələ uşaqdırlar. Hələ məktəb oxumalı, sonra universitetə qəbul olmalı və daha sonra əsgər getməlidirlər. Onları böyütmək çox çətindir. Məsuliyyət var. Camaat bir övladla bacarmır, amma mən evdə üç oğlan övladı böyüdürəm. Onların tərbiyələrinə, dərslərinə, əxlaqlarına, geyimi-keçimlərinə, yemək-içməklərinə, davranışlarına nəzarət edirlər".

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni İzzət Bağırov "Maqazin plyus" verilişinə müsahibəsində deyib.

Sənətçi övladlarını nəzarətdə saxladığını bildirib:

"Biz "zamanı" əlimizdə tutub deyirik ki, "indiki zaman"... Nə indi, nə də ki keçmiş... Övlad böyütmək çətin məsələdir. Biz müassir dövrdə yaşayırıq. Əvvəllər biz uşaq olanda maksimum velosipedimiz və topumuz vardı. Amma hazırda "internet dövrü"dür. Bu səbəbdən də uşaqları düzgün şəkildə nəzarət etmək lazımdır. Şükürlər olsun ki, bunu etməyi bacarıram".

Üç oğlan atası Bağırov onların məşhur olmağını istəmədiyini vurğulayıb:

"Uşaqlarım musiqini sevir və maraqlanırlar. Amma mən istəmirəm. Mən onların başqa sahə ilə məşğul olmaqlarını istəyirəm. Övladlarımın tanınmış sima olmalarını istəmirəm. Buna qarşıyam. Tanınmış olanda çox şeydən məhrum olursan. Ona görə çalışmalısan ki, özünü qoruyasan. Biz suyu belə üfürərək içirik. Bir söz deyərəm, ondan sonra səni 30 il sevən insanın birdən-birə səndən acığı gələr. Məşhurluğu qazanmaq çox asandır. Amma onu illərlə qoruyub, saxlamaq hər insanın işi deyil".


Etiketlər:  Övladlarımın tanınmış sima olmalarını istəmirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ