Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2019 13:08
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasın Azərbaycan Premyer Liqasının 27-ci turunda baş verən hadisələr də müzakirə olunub.
Qol.az-ın federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, "Keşlə” – “Zirə” matçında meydan sahiblərinin müdafiəçisi Denis Silva sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu isə 200 manat cərimə olunub.
“Sumqayıt” – “Sabah” matçında "gənclik şəhəri" təmsilçisinin 5, debütantın isə 4 futbolçusu sarı vərəqə ilə cəzalanğı üçün hər iki klub 800 manat cərimə ödəyəcək.
“Qarabağ” – “Səbail” matçında Ağdam təmsilçisinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.