Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanda itaətsizlik aksiyası - 137 nəfər saxlanıldı - YENİLƏNİB - FOTO

Ermənistanda itaətsizlik aksiyası - 137 nəfər saxlanıldı - YENİLƏNİB - FOTO

Tarix: 27 May 2024 10:34

10:14

Ermənistanda keçirilən aksiyalar zamanı saxlanılanların sayı 137 nəfərə çatıb.

Milli.Az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

--------
09:59


İrəvanda baş verən aksiyalar zamanı KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov saxlanılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Xaçaturovla yanaşı, parlamentin "Ermənistan" fraksiyasının deputatı Artur Sərkisyan da polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, İqor Xaçaturov Ermənistan silahlı qüvvələrinin üçüncü ordu korpusunun keçmiş komandiri, general-mayordur.

--------
09:05


Ermənistanda keçirilən itaətsizlik aksiyasında 67 nəfər saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

---------
08:52

Müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə Ermənistanın müxtəlif yerlərində səhər tezdən vətəndaş itaətsizliyi aksiyaları başlayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan müxalifətinin "Srbazan Paykar" teleqram kanalı məlumat yayıb.

Kanalın yaydığı videomateriallardan fəalların Əştərək şəhərində İrana gedən dövlətlərarası avtomobil yolunu bağladıqları məlum olub. Müxalif qüvvələr Baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

Xatırladaq ki, ötən gün arxiyepiskop Baqrat Qalstanyanın "Vətən uğrunda Tavuş" hərəkatından Ermənistanın baş nazirliyinə namizədliyi elan edilib.

Milli.Az


Etiketlər:  Ermənistanda itaətsizlik aksiyası 137 nəfər saxlanıldı YENİLƏNİB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ