Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özbəkistan və Azərbaycan parlamentariləri arasında görüş olub

Özbəkistan və Azərbaycan parlamentariləri arasında görüş olub

Tarix: 23 Noyabr 2019 10:03

Bakı. Fəxri Vəkilov - Trend:

MDB Parlamentlərarası Assambleyası çərçivəsində Özbəkistan nümayəndə heyəti Azərbaycan parlamentariləri ilə görüşüb.

Trend-in məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov Özbəkistanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına, Özbəkistan parlamentini isə MDB Parlamentlərarası Assambleyasına daxil olması münasibətilə təbrik edib.

Görüş zamanı tərəflər parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

O.Əsədov Özbəkistan Senatının sədri Tənzilə Narbayevanı Azərbaycana rəsmi səfərə dəvət edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Özbəkistan Azərbaycan parlamentariləri arasında görüş olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ