Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AFB Bank Beynəlxalq Pərakəndə Konqresinə baş sponsor oldu

AFB Bank Beynəlxalq Pərakəndə Konqresinə baş sponsor oldu

Tarix: 23 Noyabr 2019 11:12

Bakı. Trend:

AFB Bank Pərakəndə sektor üzrə MDB regionunun ən böyük innovasiya festivalı olan Beynəlxalq Pərakəndə Konqresinə baş sponsor oldu.

Pərakəndə sektorun əsas oyunçularını bir araya gətirən Konqresdə MDB ölkələrindən qatılan 500-dən çox iştirakçı arasında sektor üzrə ekspert spikerlər, pərakəndəçilər, banklar, otellər, investorlar və start-uplar yer alıblar. AFB Bankın İdarə Heyəti sədrinin birinci müavini Aydın Hüseynov da konqresde “Təchizat zəncirinin maliyyələşməsi” mövzusunda nitqlə çıxış edib.

Qeyd edək ki, Beynəlxalq Pərakəndə Konqresi 2 gün davam edəcək.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bank Beynəlxalq Pərakəndə Konqresinə baş sponsor oldu


RƏYLƏR