Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Çalışırlar ki, cəhənnəm olum” - Erməniəsilli jurnalist

“Çalışırlar ki, cəhənnəm olum” - Erməniəsilli jurnalist

Tarix: 30 May 2024 09:30

"Zvartnots" hava limanında 38 gündür aclıq aksiyası keçirən erməniəsilli fransız jurnalist Leo Nikolyanın vəziyyəti kəskin pisləşib, bundan sonra onu zorla Fransaya göndərməyə cəhd ediblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Nikolyan erməni mediasına açıqlama verib.

"Həkimlər gəldi və mənə hansı iynəni vurduqlarını bilmirəm, sadəcə yuxum gəldi. Məni geyindirdilər, əşyalarımı yığdılar, və zorla təyyarəyə mindirməyə çalışdılar. Amma bəxtim gətirdi. Təyyarənin kapitanı buna icazə vermədi. İndi də məni tranzitlə üçüncü ölkəyə göndərməyə çalışırlar ki, cəhənnəm olum", - Nikolyan deyib.

Qeyd edək ki, fransız jurnalist aprelin 22-də Ermənistana gəlib. O, ölkəyə buraxılmadığı üçün günlərdir aclıq aksiyası keçirir.

Milli.Az


Etiketlər:  Çalışırlar cəhənnəm olum Erməniəsilli jurnalist


RƏYLƏR