Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəzərdə axtarışlara başlanıldı

Xəzərdə axtarışlara başlanıldı

Tarix: 30 May 2024 09:54

Rusiya Müdafiə Nazirliyi və Rus Coğrafiya Cəmiyyətinin (RSC) birgə ekspedisiyası Xəzər dənizində I Pyotrdan öncəki dönəmə aid batmış gəmilərin axtarışına başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Müdafiə Nazirliyinin Naviqasiya və Okeanoqrafiya İdarəsi, Rus Coğrafiya Cəmiyyəti və "Dəniz insanları" fondunun "Xəzərin dəniz tarixi-mədəni irsi" adlı birgə ekspedisiyasının ikinci mərhələsi Xəzər dənizinin Dərbənd limanı akvatoriyasında başlayıb", - məlumatda qeyd olunub.

Sözgüedən ərazidə I Pyotrdan əvvəlki dövrə aid batmış gəmilər, su altında qalmış yaşayış məntəqələri və dəniz infrastrukturunun olması ehtimal olunur.

Milli.Az


Etiketlər:  Xəzərdə axtarışlara başlanıldı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR