Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2019 15:42
Bakı. Trend:
Misir Ərəb Respublikası Deputatlar Məclisinin birinci vitse-spikeri, Şəriflər Cəmiyyətinin rəhbəri Əl-Seyyid Əl-Şərif Prezident İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir: Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu. Möhtərəm cənab Prezident. Şəxsən öz adımdan və bu il noyabrın 14-15-də Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edən Misir nümayəndə heyəti adından iki qədim mədəniyyəti - Şərq və Qərb mədəniyyətlərini təmsil edən, tolerantlıq, sülh içərisində birgəyaşayış nümunəsi olan qardaş və doğma ölkənizdə bizi mehriban qarşılayıb qonaqpərvərlik göstərdiyinizə və səmimi görüşə görə Zati-alinizə dərin təşəkkürümü və minnətdarlığımı çatdırıram.
Fürsətdən istifadə edib Zati-alinizə cansağlığı və doğma Azərbaycana getdikcə artan tərəqqi və rifah arzulayıram.
Yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin