Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2024 20:40
Koreya Xalq Demokratik Respublikası (KXDR) mayın 28-dən iyunun 2-dək təxminən 3500 hava şarından istifadə edərək Cənubi Koreyaya 15 ton zibil atıb.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi KXDR Müdafiə Nazirliyinin rəis müavini Kim Qan İlyaya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Pxenyan bu addımları müvəqqəti dayandıracaq, çünki onlar sadəcə cavab tədbiridir.
Eyni zamanda o, Cənubi Koreya tərəfdən təbliğat vərəqələrinin yenidən paylanacağı təqdirdə KXDR-in zibillərin şarlarla göndərilməsini bərpa edəcəyi ilə bağlı xəbərdarlıq edib.