Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada iki F-35 təcili eniş edib

Yaponiyada iki F-35 təcili eniş edib

Tarix: 3 Iyun 2024 07:26

Yaponiya Hərbi Hava Qüvvələrinə məxsus iki beşinci nəsil F-35A qırıcısı Aomori prefekturasının hava limanına təcili eniş edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Belə ki, məcburi enişin səbəbi təyyarənin elektronikasında yaranan problemlər olub. Hazırda ölən və yaralananlar barədə məlumat yoxdur.

Hadisə ilə əlaqədar hava limanının uçuş-enmə zolağı bağlanıb. Hazırda hadisənin baş vermə şəraiti ilə bağlı araşdırma aparılır.

F-35 Lightning II, Lockheed Martin tərəfindən üç variantda hazırlanmış beşinci nəsil gizli, çoxməqsədli döyüş təyyarələrindən biridir.

Milli.Az


Etiketlər:  Yaponiyada təcili eniş edib


RƏYLƏR