Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2024 20:56
"Qarşıda bizi 2 çətin oyun gözləyir".
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu Azərbaycan millisinin məşqçisi Arif Əsədov Albaniya ilə oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, millimiz tam heyətlə 3 məşq keçib: "Millətlər Liqası öncəsi son sınaqdır. Hazırlıqları 2 hissəyə bölərdim. Mayın 30-dan başlayaraq, mövsümü tez bitirən oyunçularla hazırlıq keçdik. Komanda şəklində 3 məşq etmişik. Bu məşqlərdə taktiki cəhətdən daha çox işlədik. Bolqarıstanla son oyundakı planımızı daha da təkmilləşdirməyə çalışdıq. Yoldaşlıq oyunu olsa da, qələbə qazanmaq arzusundayıq. Buna nə qədər nail olacağıq zaman göstərəcək".
Qeyd edək ki, Azərbaycan - Albaniya qarşılaşması sabah Macarıstanda keçiriləcək. Oyun Sombatxey şəhərindəki "Haladas SportKomplexum" stadionunda saat 21:00-da start götürəcək.