Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millimiz Avropa çempionatında mübarizəni dayandırdı

Millimiz Avropa çempionatında mübarizəni dayandırdı

Tarix: 7 Iyun 2024 01:40

Minifutbol üzrə Avropa çempionatı davam edir.

Milli.Az İdman.biz-ə istinadən xəbər verir ki, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan yarışda 1/4 final matçları keçirilib.

Azərbaycan millisi Qazaxıstanla üz-üzə gəlib. Çempionatda keçirdiyi bütün qarşılaşmalarda qələbə qazanan Elşad Quliyevin yetirmələri seriyasını davam etdirə bilməyiblər. Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatdığından qalib penalti seriyasında bəlli olub. 7:6 hesabı ilə qalib gələn Qazaxıstan yarımfinala vəsiqə qazanıb.

Milli.Az


Etiketlər:  Millimiz Avropa çempionatında mübarizəni dayandırdı


RƏYLƏR