Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2024 06:08
"Apple" şirkəti smartfonların təkrar emal edilməsi üçün yeni robot təqdim edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, şirkətin Texas ştatının Ostin şəhərindəki ABŞ zavodlarından birinə baş çəkən jurnalistlər köhnə "iPhone"ları təkrar emal edən robotlarla tanış olublar. Həmçinin media nümayəndələrinə smartfonu 18 saniyəyə tamamilə sökə bilən yenilənmiş "Daisy" robotu nümayiş etdirilib.
Qeyd edək ki, əvvəllər robotlar smartfonun komponentlərinin təkrar istifadə oluna bilməsi üçün işlənmiş "iPhone"ları diqqətlə sökürdülər. İndi isə "Apple" siyasətini dəyişib. Hazırda robotlar qadcetləri məhv edir, cihazları sözün əsl mənasında parçalayır və komponentlərə ayırırlar.