Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2024 12:45
"Repertuarım qarışıqdır. İçimdə millilik, milli musiqiyə sevgi var. Təhsil olaraq xor dirijorluq fakültəsini bitirmişəm. Dünya musiqisinə həvəsim, sevgim var. Ona görə də hər bir musiqiyə yer ayırmışam. Uğuru və uğursuz olanlar var. Bəziləri yorğun vaxtıma düşüb, səsimdən razı deyiləm. 400-dən çox şəxsən özümə yazılan mahnılarım var".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli həmkarı Rəşad İlyasovun "Danışır musiqi" verilişində deyib. Müğənni mahnı seçimlərindən danışıb:
"Təhsil almayanlar səslərinə, istedadlarına güvənirlər. Təhsili olana isə müəllim yol göstərir. Gənc yaşlarımda məndə də olub, xoşum gəlib oxumuşam, amma görmüşəm olmur. Sən girən kol deyil, səsinə uyğun deyil. Bəzən görürsən estrada ifaçısıdır, muğam oxuyur. Baxırsan ki, bərbad alınır".