Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrəvanda növbəti etiraz aksiyaları başladı - YENİLƏNİB

İrəvanda növbəti etiraz aksiyaları başladı - YENİLƏNİB

Tarix: 11 Iyun 2024 13:38

13:36

Ermənistanın paytaxtı İrəvanda növbəti etiraz aksiyaları başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, etirazçılar Vardanants və Nalbandyan küçələrini zibil qutuları ilə bağlayıblar. Həmçinin Myasnikyan prospektində yol metal zəncirlə qismən bağlanıb. Polis onu çəkiclə qırmalı olub.

Aksiya barədə bir gün əvvəl bu etirazların başında dayanan Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın (Srbazan) elan verib. O, etirazçıları bu gün Baqramyan prospektində, Ermənistan parlamentinin yanında toplaşmağa çağırıb.

Qeyd edək ki, uzun müddətdir ara-sıra davam edən aksiyalar sosial şəbəkənin Ermənistan seqmentində geniş müzakirə mövzusuna çevrilib. Erməni sosial şəbəkə istifadəçiləri saxtakar olduğunu vurğuladıqları Baqrat Qalstanyanın öz siyasi məqsədləri üçün hamını qurban verməyə, küçələrdə qan tökməyə hazır olduğunu vurğulayıblar.

--------
09:56


Bu gün səhər saatlarından İrəvana aparan bütün yollarda postlar qurulub.

Milli.Az APA-ya istinadən bildirir ki, polis əməkdaşları sürücülərin sənədlərini, eləcə də avtomobilin yük yerini təftiş edir.

Ararat və Vayots Dzor vilayətlərində də polis gücləndirilmiş iş rejiminə keçib. Bu istiqamətlərdə də paytaxta və geriyə hərəkət edən avtomobillər ciddi şəkildə yoxlanır.

Milli.Az


Etiketlər:  İrəvanda növbəti etiraz aksiyaları başladı YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ