Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fatih Terimin qızından qalmaqallı paylaşım - Ali Koça söz atdı - FOTO

Fatih Terimin qızından qalmaqallı paylaşım - Ali Koça söz atdı - FOTO

Tarix: 11 Iyun 2024 13:30

Türkiyəli məşhur məşqçi Fatih Terimin qızı Merve Terimin "Fənərbağça"nın prezidenti Ali Koça söz atdığı paylaşımı diqqət çəkib. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, İstanbul klubunun basketbol komandasının Superliqanın final seriyasında "Anadolu Efes"ə 81:82 hesablı məğlubiyyətini şərh edib. 

M.Terim instaqram hesabında matçın nəticəsini əks etdirən foto paylaşaraq üzərində "guys you dont understand what you achieved, you spoiled the big party" (dostlar, nə əldə etdiyinizi anlamırsınız, böyük partini korladınız) sözlərini yazıb. 

Xatırladaq ki, "Fənərbağça"nın prezidenti Ali Koç Süper Liqanın 37-ci həftəsində "Qalatasaray" üzərində səfərdə qazandıqları qələbədən sonra futbolçularını oxşar sözlərlə təbrik etmişdi. 

Qeyd edək ki, həmin vaxt "Fənərbaxça" "Qalatasaray"ın 37-ci turda çempion olmasına mane olmuşdu. Bu dəfə isə "Anadolu Efes" "Fənərbaxça"nın basketbol komandasını məğlubiyyətə uğradaraq final seriyasında qalib gəlməsinin qarşısını alıb. 

Milli.Az


Etiketlər:  Fatih Terimin qızından qalmaqallı paylaşım Ali Koça söz atdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ