Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Gömrük Hospitalının həkimi öz 500-cü böyrək transplantasiyası əməliyyatını uğurla icra edib

Mərkəzi Gömrük Hospitalının həkimi öz 500-cü böyrək transplantasiyası əməliyyatını uğurla icra edib

Tarix: 25 Noyabr 2019 10:16

Bakı. Trend:

Xroniki böyrək çatışmazlığının yeganə müalicəsi böyrək transplantasiyasıdır. Böyrək transplantasiyası xəstəyə nicat verən, ona həyatını qaytaran bir əməliyyatdır. Böyrək çatışmazlığından əziyyət çəkən xəstələr böyrək transplantasiyası əməliyyatından sonra tam sağlam, normal həyata qayıdırlar.

Mərkəzi Gömrük Hospitalının cərrah transplantoloqu t.f.d. Mircəlal Kazmi 2008-ci ildən Azərbaycan Respublikasında orqan transplantasiyası sahəsində fəaliyyət göstərir. 2008-ci il Azərbaycanda orqan transplantasiyasının intibah dövrü olub. 12 noyabr 2019-cu il tarixində Dr. Mircəlal Kazmi tərəfindən respublikamız üzrə 500-cü böyrək transplantasiyası əməliyyatı icra olunub. Dr. Mircəlal Kazmi bildirib: “500 uğurlu orqan transplantasiyası çox qürurverici bir rəqəmdir. Bu münasibətlə mənimlə uzun illər çiyin-çiyinə işləyən həmkarlarımı və eyni zamanda cəmiyyətimizi də təbrik etmək istəyirəm. Bizim tərəfimizdən Mərkəzi Gömrük Hospitalında icra olunan laparoskopik əməliyyat zamanı kiçik, estetik bir kəsikdən böyrək donordan alınır. Bu donor əməliyyatları Dr. Kamran Beydullayevin rəhbərliyi ilə donor qrupu tərəfindən həyata keçirilir. Bu üsulun çox üstünlükləri var. Xəstənin Hospitalda qalma müddətinin qısa olması, əməliyyatdan sonra tez bir zamanda normal həyata qayıtması, əməliyyat yerinin 3-4 kiçik dəlikdən ibarət olması bizi digər xəstəxanalardan fərqləndirir”.

Xatırladaq ki, Dr. Mircəlal Kazımi Azərbaycanda ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını uğurla icra etmiş cərrah transplantoloqdur. Bu günə qədər 800-dən çox orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirib. Azərbaycanda icra olunan təkcə böyrək transplantasiyası əməliyyatlarının 90%-i Dr. Mircəlal Kazımi tərəfindən icra edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mərkəzi Gömrük Hospitalının həkimi böyrək transplantasiyası əməliyyatını uğurla icra edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ