Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Roma''nın sahibi ''Everton'' üçün 475 milyon ödəyəcək

''Roma''nın sahibi ''Everton'' üçün 475 milyon ödəyəcək

Tarix: 16 Iyun 2024 20:42

"Roma"nın sahibi Den Fridkin "Everton"u 475 milyon avroya alacaq.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, mənbənin məlumatına görə, Fridkin sövdələşmə nəticəsində İngiltərə klubunun hazırkı sahibi Fərhad Moşiriyə məxsus səhmlərin 94,1 faizini alacaq.

Premyer Liqa müqaviləsinin nəzərdən keçirilməsi bir aydan çox vaxt aparacaq, lakin heç bir problem gözlənilmir.

Moşiri Direktorlar Şurasının sədri və "USM Holdings"in səhmdarıdır. O, 2016-cı ildə "Everton"un səhmlərini alıb.

Friidkinin şirkəti "Friedkin Group" 2020-ci ilin avqustunda "Roma"nın sahibi olub. KİV-in məlumatına görə, əməliyyat məbləği təxminən 600 milyon avro təşkil edib.


Etiketlər:  Romanın sahibi Everton üçün milyon ödəyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ