Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2019 13:36
Bakı. Trend:
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-24-də Rusiyaya rəsmi səfər edib.
Trend-in məlumatına görə, Birinci vitse-prezident Rusiya Prezidenti Vladimir Putinlə görüşüb və iki ölkənin münasibətlərinn inkişafı və möhkəmləndirilməsində xidmətlərinə görə Dostluq ordeni ilə təltif edilib.
Bundan başqa, Mehriban Əliyeva Rusiyanın Baş naziri Dmitri Medvedev və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Səfər çərçivəsində Mehriban Əliyeva X Azərbaycan-Rusiya regionlararası forumda, həmçinin restavrasiya olunmuş “Azərbaycan” pavilyonunun açılışında iştirak edib.
Səfərin yekunları barədə Birinci vitse-prezident TASS, “Rossiyskaya qazeta” və “Rossiya 24” telekanalları üçün TASS-ın Baş direktorunun birinci müavini Mixail Qusmana müsahibə verib.
Qeyd edək ki, “Rossiyskaya qazeta” Rusiya hökumətinin rəsmi mətbu orqanıdır. Qəzetdə dövlət xadimləri, rusiyalı və xarici siyasətçilərlə müsahibələr dərc olunur.
Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin