Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan və Putin Astanada görüşə bilər

Ərdoğan və Putin Astanada görüşə bilər

Tarix: 17 Iyun 2024 19:20

Rusiya və Türkiyə prezidentləri - Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan iyulda Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşə bilər.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

"Əgər Türkiyə Prezidenti ŞƏT-in sammitində iştirak edərsə, biz şübhəsiz ki, Rusiya və Türkiyə liderləri arasında hərtərəfli görüş keçirməyə çalışacağıq. Görüşün vaxtı uzanır, həm Moskva, həm də Ankara bunu anlayır", - Uşakov deyib.


Etiketlər:  Ərdoğan Putin Astanada görüşə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ