Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yunanıstanda tapılan sirli dairəvi abidə arxeoloqları təəccübləndirib

Yunanıstanda tapılan sirli dairəvi abidə arxeoloqları təəccübləndirib

Tarix: 20 Iyun 2024 08:32

Yunanıstanın Krit adasındakı Papura təpəsində tunc dövrünə aid 4000 illik əlamətdar üzük formalı daş abidə aşkarlanıb.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, abidə böyük hava limanı layihəsinin qazıntıları zamanı aşkar edilib.

Yunanıstan Mədəniyyət Nazirliyindən verilən açıqlamada, 1800 kvadratmetrlik bu abidənin ritual və ya dini məqsədlər üçün istifadə olunduğu ehtimal olunur.

Abidə labirint quruluşu orta hesabla 1,4 metr qalınlığında, bəzi yerlərdə isə 1,7 metr hündürlüyündə olan səkkiz daş halqadan ibarətdir.

Arxeoloqlar bu tikilinin Kritin Mino mədəniyyətinə aid ola biləcəyini bildirirlər


Etiketlər:  Yunanıstanda tapılan sirli dairəvi abidə arxeoloqları təəccübləndirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ