Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2024 14:16
Hindistanın cənubundakı Tamil Nadu ştatında onlarla insan saxta spirtli içkidən dünyasını dəyişib.
Sonxeber.net unikal-a istinadən xəbər verir ki, bu barədə Ştat rəsmisi MS Prasant məlumat verib.
O, hadisənin Kallakuriçidə baş verdiyini açıqlayıb.
Prasant qeyd edib ki, 29 nəfər saxta spirtli içkilər səbəbindən ölüb, 100-dən çox adam xəstəxanaya yerləşdirilib. Həmçinin, o, ölənlərin sayının arta biləcəyinin istisna edilmədiyini bildirib.