Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2024 16:02
Fransada növbədənkənar parlament seçkiləri ərəfəsində Marin Le Penin partiyasının namizədi Herve Bervil hücuma məruz qalıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Röyters" məlumat yayıb.
Məlumata görə, ifrat sağçı namizədi seçki kampaniyası apararkən maskalanmış qara geyimli şəxslər döyüb.
O, hücumdan sonra xəstəxanaya yerləşdirilib.
Le Pen X hesabında hücuma münasibət bildirərək, radikal solçuları seçki kampaniyasını xaosa sürükləməkdə ittiham edib.