Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Avropadakı nüvə arsenalını yeniləyir

ABŞ Avropadakı nüvə arsenalını yeniləyir

Tarix: 21 Iyun 2024 17:26

ABŞ köhnə nüvə başlıqlarını modernləşdirilmiş başlıqlarla əvəz etməklə beş Avropa ölkəsində yerləşdirilmiş nüvə arsenalını yeniləməyə başlayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) media departamentinin rəhbəri Alister Bernett deyib.

Bernett vurğulayıb ki, Vaşinqton bu barədə ictimaiyyətə açıqlama vermir, lakin arsenalın yenilənməsi davam edir.

Həmçinin, ICAN nümayəndəsi ABŞ-nin nüvə silahlarının Böyük Britaniyada yerləşdirilməsi üçün hazırlıq prosesinin hələ də davam etdiyini, hazırda silahların ölkə ərazisində hələ yerləşdirilmədiyini bildirib.


Etiketlər:  ABŞ Avropadakı nüvə arsenalını yeniləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ