Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2024 19:42
Sevastopola ATACMS raketləri ilə zərbəyə görə məsuliyyət ilk növbədə Ukraynanı silahla təmin edən Vaşinqtonun və Kiyev hakimiyyətinin üzərinə düşür.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
Nazirliyin bəyanatında bildirilib ki, bu hücum cavabsız qalmayacaq.
Qeyd edək ki, son məlumata görə, Sevastopola zərbə nəticəsində 5 nəfər ölüb, 119 nəfər yaralanıb.