Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2024 23:00
Fransanın "Thales" sənaye qrupunun Britaniya qolu gələn il "dron qatil" adlı yeni silahı təqdim etməyi planlaşdırır.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Financial Times" qəzetinə müsahibəsində bölmənin rəhbəri Aleks Kressvel bildirib.
"Nümayiş etdirdiyimiz sistem gələn ilin əvvəlində istifadəyə verilə bilərmi? Bəli, əlbəttə ki, ola bilər", - o deyib.
Qeyd edək ki, bu yay Böyük Britaniyanın sınaq poliqonlarında sınaqdan keçirilən yeni radiotezlikli lazer silahı (RFDEW) ölkənin Müdafiə Nazirliyi ilə razılaşma əsasında hazırlanır.
Bu sistem mövcud raketdən müdafiə sistemlərinə ən ucuz alternativ olacaq.