Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş sevgilisinin şəkillərini yandırarkən məhəlləni külə döndərdi

Keçmiş sevgilisinin şəkillərini yandırarkən məhəlləni külə döndərdi

Tarix: 26 Iyun 2024 08:50

Türkiyənin Bursa bölgəsinin Osmanqazi rayonunda keçmiş sevgilisinin şəkillərini yandırmaq istəyən oğlan məhəlləni külə döndərib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, gənc oğlan sevgilisindən ayrılıb və boş ərazidə birlikdə çəkilmiş fotoşəkillərini yandırmaq qərarına gəlib, lakin təsadüfən yanğın baş verib. Onun ətrafındakı ot və kol-kos yanmağa başlayıb.

Ərazidə olan sakinlər yanğını vaxtında görüb və yanğınsöndürənləri çağırıblar. Onlar yanğını söndürməyə nail olublar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Etiketlər:  Keçmiş sevgilisinin şəkillərini yandırarkən məhəlləni külə döndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ