Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2024 08:56
2024-cü il Avropa Futbol Çempionatında Türkiyə-Portuqaliya matçında meydançaya tullanaraq Kriştiano Ronaldo ilə şəkil çəkdirən 10 yaşlı Berat Uluğa UEFA tərəfindən ağır cəza verilib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, UEFA-nın verdiyi açıqlamada Beratın AVRO-2024-də bütün oyunlardan uzaqlaşdırılacağı, heç bir oyuna buraxılmayacağı bildirilib.
Qeyd edək ki, Berat Uluğ AVRO 2024 F qrupunun ikinci matçı olan Türkiyə - Portuqaliya matçında meydançaya tullanaraq Ronaldo ilə şəkil çəkdirmiş, daha sonra isə qaçaraq oradan uzaqlaşmışdı.
Açıqlamada həmçinin bildirilir ki, Berat azyaşlı olduğu üçün ona qarşı cinayət işi açılmayacaq.