Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şimali Koreya cənuba yenə zibil göndərdi

Şimali Koreya cənuba yenə zibil göndərdi

Tarix: 26 Iyun 2024 19:20

Şimali Koreya Cənubi Koreyaya yenidən zibillə dolu hava şarı göndərib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın paytaxtı Seul rəhbərliyi məlumat verib.

"Yerli vaxtla saat 21:16-da (Bakı vaxtı ilə 16:16) Şimali Koreyadan buraxılmış hava şarları Kyongido əyalətinin şimal bölgələrində səmada görünüb", - məlumatda qeyd olunub.

Bildirilib ki, İnçxon Beynəlxalq Hava Limanı hava şarlarına görə daxili və beynəlxalq reysləri bir neçə saatlıq təxirə salmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Şimali Koreyadan cənuba zibil dolu hava şarları mayın 28-dən göndərilməyə başlanılıb. İndiyə kimi 2 minə yaxın belə şar buraxlıb.

Milli.Az


Etiketlər:  Şimali Koreya cənuba yenə zibil göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ