Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya və İranın XİN başçıları Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər

Rusiya və İranın XİN başçıları Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər

Tarix: 28 Iyun 2024 22:22

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Əli Baqeri Kayani ilə telefon danışığı aparıb.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Danışıq zamanı əsas diqqət Yaxın Şərqdəki mövcud vəziyyətə yönəldilib. Tərəflər regionda, ilk növbədə Fələstin-İsrail münaqişəsi zonasında çoxsaylı böhranların həll olunmaması nəticəsində yaranan gərginliyin təhlükəli şəkildə artmasından ciddi narahatlıqlarını ifadə ediblər. Konstruktiv əhval-ruhiyyəli beynəlxalq oyunçuların köməyi ilə mövcud problemlərin siyasi və diplomatik vasitələrlə həllinin prioriteti vurğulanır", - məlumatda bildirilir.


Etiketlər:  Rusiya İranın XİN başçıları Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ