Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2024 23:28
"O vaxtlar" verilişinin yeni buraxılışı efirə gedib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, verilişin budəfəki sayının qonağı müəllim İmran Qasımov olub. İnsan həyatında gənclik çağının mühüm dövr olduğunu deyən İmran müəllimin sözlərinə görə, hər şeyi vaxtında etmək lazımdır:
"Gənclik gözəllikdir, təzə açan bir çiçəkdir. O çiçəyi vaxtsız dərmək olmaz. Onu yetişdirmək lazımdır. Deyirlər ki, 30 yaşına kimi ailən yoxdursa, bundan sonra çətin ola. Ona görə də hər şeyi 20 yaşlarında - gənclik dövründə düzüb-qoşmaq lazımdır".
İmran Qasımov anası və həyat yoldaşı ilə münasibətindən də danışıb:
"Mən 40 ildən çoxdur ailə həyatı qurmuşam. Yeri gələndə anamın sözünə qulaq asıram, yeri gələndə anam üstümə qışqırır. Anam mənə əsəbiləşəndə özümü uşaq kimi hiss edirəm. Həmçinin yoldaşımın da sözünə qulaq asıram. Anam məni dünyaya gətiribsə, xanımım da övladlarımı dünyaya gətirib. Necə onun sözünə qulaq asmayım? Heç bir ailə ideal deyil. İdeal ailə yoxdur, kim deyirsə, mənim ailəm idealdır, yalan deyir. Hər bir ailədə söz-söhbət olur".