Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin “Boyga” PUA-larının ilk ixracı oldu

Türkiyənin “Boyga” PUA-larının  ilk ixracı oldu

Tarix: 9 Iyul 2024 15:30

Türkiyənin "Boyga" Pilotsuz Uçuş Aparatlarının (PUA) ilk ixracı baş tutub.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, sözügedən PUA-lar Afrika ölkələrindən birinə satılıb.

Texnikaların tədarükünün bu il ərzində başa çatması gözlənilir.

Qeyd edək ki, "Boyga" 2022-cu ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olub. Bu texnikalardan terrorla mübarizədə, sərhəd əməliyyatlarında və beynəlxalq təlimlərdə fəal şəkildə istifadə olunur. "Boyga" sonuncu dəfə "EFES-2024" təlimlərində istifadə olunmuş və hədəfləri vurmuşdu.


Etiketlər:  Türkiyənin Boyga larının ixracı oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ