Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Piton 36 yaşlı qadını diri-diri uddu

Piton 36 yaşlı qadını diri-diri uddu

Tarix: 11 Iyul 2024 00:44

İndoneyziyada 36 yaşlı Srirati iyulun 2-də yoxa çıxıb. O, xəstə uşaq üçün dərman almağa gedib və geri qayıtmayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, qohumları qadının axtarışına çıxıb. Sriratinin əri, 30 yaşlı Adyanza onun paltar və ayaqqabılarını evlərindən təxminən 500 metr aralıda Siteba kəndində tapıb. Bundan az sonra adam cığırın yaxınlığında böyük bir piton görüb.

Adianza həmkəndlilərini köməyə çağırıb. Onlar birlikdə pitonun qarnını yararaq qadını oradan çıxarıblar.

Qadın ilanın qarnında çıxarılarkən artıq ölü olub. Görünür ilan ona sarılaraq əvvəlcə onu öldürüb, daha sonra isə udub.

Əldə olunan məlumata görə bu hal İndoneziyada son bir ay ərzində artıq ikinci hadisədir.

Milli.Az


Etiketlər:  Piton yaşlı qadını diri diri uddu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ