Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

38 nəfəri ildırım vurdu

38 nəfəri ildırım vurdu

Tarix: 12 Iyul 2024 08:38

Hindistanın Uttar-Pradeş ştatında ildırım vurması nəticəsində azı 38 nəfər ölüb, onlarla insan yanıq xəsarətləri alıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ölənlərin əksəriyyəti Pratapqarh şəhərindən olublar. Şərqi Çandauli şəhərindən olan daha bir neçə zərərçəkmiş xəstəxanada müalicə olunur.

Qeyd edək ki, ştatda güclü yağış yağıb, tufan qopub. Hindistan Meteorologiya Xidmətinin məlumatına görə, növbəti beş gün ərzində Uttar-Pradeş və ona bitişik bölgələrdə daha geniş leysan yağışları gözlənilir.


Etiketlər:  nəfəri ildırım vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ