Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Artıq səmada “Qarabağ”ın yaşatdığı qorxu görünür” - İspaniya mətbuatı

Tarix: 27 Noyabr 2019 11:36

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə “Yuventus”a uduzan (0:1) “Atletiko” növbəti mərhələyə vəsiqə qazanmaq işini çətinə salıb.

Qol.az xəbər verir ki, qrupda 7 xalla 2-ci olan Madrid klubunun növbəti turda büdrəməsi turnirlə vidalaşmağına səbəb ola bilər.

6 xalla qrup üçüncüsü olan “Bayer” son turda “Yuventus”a qalib gəlsə və “Atletiko” Moskva “Lokomotiv”i ilə görüşdə xal itirsə, madridlilər ÇL-də mübarizəni başa vuracaq.

Bununla bağlı yazan İspaniya mətbuatı  2017-18 mövsümündə “Qarabağ”ın “Atletiko”ya yaşatdıqlarını xatırladıb: “Turindəki məğlubiyyət o deməkdir ki, “Atletiko”un qrupdan çıxması çətinləşib. Komandanın növbəti tur “Lokomotiv”lə oyunda büdrəməsi Çempionlar Liqası ilə vidalaşmağına səbəb ola bilər. Artıq səmada “Qarabağ”ın yaşatdığı qorxu görünür”.

Xatırladaq ki, 2017-18 mövsümündə "Qarabağ"la hər iki görüşdə heç-heçə edən "Atletiko" qrupda 3-cü yeri tutaraq Çempionlar Liqası ilə vidalaşmışdı.
 


Etiketlər:  Artıq səmada Qarabağın yaşatdığı qorxu görünür İspaniya mətbuatı


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR