Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messidən komanda yoldaşlarına jest - FOTO

Messidən komanda yoldaşlarına jest - FOTO

Tarix: 16 Iyul 2024 10:08

Argentina millisinin üzvü Lionel Messi Kopa Amerika finalından öncə komanda yoldaşlarına jest edib.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, o, futbolçulara Argentina millisinin formasının və bayrağının rənglərinə uyğun hazırlanmış məşhur brendə məxsus qulaqlıqlar hədiyyə edib.

Qeyd edək ki, Messi DÇ-2022-də birlikdə çıxış etdiyi komanda yoldaşlarına üzəri qızılla örtülmüş mobil telefon hədiyyə etmişdi.

Xatırladaq ki, futbol üzrə Amerika Kubokunun final görüşündə Argentina millisi Kolumbiya üzərində 1:0 hesablı qələbə qazanıb.


Etiketlər:  Messidən komanda yoldaşlarına jest FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ