Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2024 13:20
13:18
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni klubu bəlli olub.
Sonxeber.net Fanat.az-a istinadən bildirir ki, "Dinamo Zaqreb"dən ayrılmağa qərar verən futbolçumuz karyerasını Almaniyanın 2-ci Bundesliqasında davam etdirəcək.
Mahir "Nürnberq"lə razılığa gəlib. Onun hazırda düşərgəsində olduğu klubla müqavilənin şərtlərini razılaşdırmağa çalışdığı bildirilir. Emrelinin Azərbaycana dönəcəyi, onun "Qarabağ" və "Neftçi"dən birinə keçəcəyi xəbər verilsə də, forvard karyerasını legioner kimi davam etdirməyə qərar verib.
Qeyd edək ki, Almaniyanın köklü klublarından olan "Nürnberq"i hazırda bu ölkənin əfsanələrindən sayılan Miroslav Kloze çalışdırır.
-----------
09:49
Mahir Emreli "Qarabağ"a qayıdır.
Zaqreb "Dinamo"sunun hücumçusu Ağdam klubuna keçmək üçün üç təklifi rədd edib.
Sonxeber.net musavat.com-un Teleqram kanalına istinadən bildirir ki, 27 yaşlı hücumçu "Sabah", Almaniyanın "Nürnberq" və Əlcəzairin bir klubunun maraq dairəsində olub.