Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənipərəst Menendesin başı dərtdə: bütün maddələr üzrə təqsirli bilindi

Ermənipərəst Menendesin başı dərtdə: bütün maddələr üzrə təqsirli bilindi

Tarix: 16 Iyul 2024 22:08

Korrupsiyada ittiham olunan, ermənipərəst mövqe ilə seçilən Nyu-Cersi senatoru Robert Menendes federal korrupsiya məhkəməsi tərəfindən bütün maddələr üzrə təqsirli bilinib.

"Report" bu barədə "ABC News"a istinadən xəbər verir.

İş üzrə yekun qərar təxminən 13 saat müzakirə edilərək qəbul olunub.

Menendes rüşvətxorluq, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək və ədalətə maneə törətmək kimi 16 federal ittiham üzrə mühakimə olunsa da, özünü təqsirli bilməyib.

Senatoru 20 ilə qədər həbs gözləyir, lakin qərardan apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Robert (Bob) Menendes uzun illər ABŞ-dəki erməni lobbisinin əsas simalarından biri olub.


Etiketlər:  Ermənipərəst Menendesin başı dərtdə bütün maddələr üzrə təqsirli bilindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ