Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2024 06:38
Rusiya iyulun 15-dən Ermənistan meyvə və tərəvəzlərini qəbul etməyi dayandırıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Veterinar və Fitosanitar Nəzarət Xidmətinin (Rosselxoznadzor) Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin rəhbərinə göndərdiyi məktubda bildirilib.
Rəsmi izahat budur ki, aprel ayından Ermənistan meyvə-tərəvəzlərində pestisidlərin olması yüksəkdir.
Məktub iyulun 4-də "Rosselxoznadzor"un sədr müavini Karmazinin imzası ilə göndərilib. Məktuba əlavə olaraq məhsullarının Rusiyaya tədarükü qadağan edilən tədarükçü şirkətlərin 18 səhifəlik siyahısı verilmişdir ki, bu da bütün meyvə-tərəvəz istehsalçılarını nəzərdə tutur.