Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Məxfi Xidmətinin rəhbəri günahını boynuna alıb İSTEFA VERDİ

ABŞ Məxfi Xidmətinin rəhbəri günahını boynuna alıb İSTEFA VERDİ

Tarix: 23 Iyul 2024 20:44

ABŞ Məxfi Xidmətinin rəhbəri Kimberli Çitl prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdinə yol verən işçilərinin hərəkətlərinə görə günahı öz üzərinə götürdükdən sonra istefa etdi.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadla CNN məlumat yayıb.

Qeyd olunur ki, amerikalı qanunvericilər Trampın həyatına hücum zamanı agentlərin hərəkətlərini daha dərindən araşdırmağa getdikcə, həm Respublikaçı, həm də Demokrat partiyalarının nümayəndələri Məxfi Xidmət rəhbərinin cəzalandırılmasını tələb etməyə başlayanda Çitl getməyə qərar verib.

Bundan əlavə, CNN-in məlumatına görə, bir çox konqresmen Çitlın nəzarət komitəsində açıq ifadə vermək kimi görünərək, qanunvericilərin bir çox sualına məhəl qoymamasından qəzəblənib.

İyulun 13-də Donald Trampa sui-qəsdə cəhd edilib. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, qulağı qanlı halda səhnədən götürülüb və xəstəxanaya yerləşdirilib. Müalicə aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb.

ABŞ-ın keçmiş prezidenti Donald Trampı Pensilvaniya ştatında mitinqdə güllələyən Tomas Metyu Kruksun ağır depressiv pozğunluqdan əziyyət çəkə biləcəyi bildirilib.

Bundan əvvəl Trampın sui-qəsd cəhdindən sonra ABŞ Məxfi Xidmətinin rəhbəri ilə görüşdüyü məlum olub


Etiketlər:  ABŞ Məxfi Xidmətinin rəhbəri günahını boynuna alıb İSTEFA VERDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ