Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2019 17:52
Bakı. İlhamə İsabalayeva - Trend:
I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında sərəncam 2019/2020-ci tədris ilinin sentyabr ayından qüvvəyə minəcək.
Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir hazırda ali məktəblərdə həmin kateqoriyaya aid 2500 nəfərə yaxın tələbənin təhsil aldığını söyləyib.
C.Bayramov əlavə edib ki, Azərbaycanın orta məktəblərində dinlə bağlı yeni fənnin tədrisi nəzərdə tutulmayıb:
"Dinlə bağlı bəzi məlumatlara həm tarix, həm də "Həyat bilgisi" dərsliyində rast gəlmək mümkündür. Şagirdlərin yaş kateqoriyalarına uyğun olaraq müxtəlif fənlərdə bu sahəyə aid bilgilərin verilməsi dinin tədrisi deyil".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin