Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dəhşətli qəzadan qurtulmuş müğənni danışdı: "Bir an yadımdan..." - YENİLƏNİB - VİDEO

Dəhşətli qəzadan qurtulmuş müğənni danışdı:

Tarix: 26 Iyul 2024 18:25

Ağır xəsarət almaqdan son anda xilas olmuş müğənni Mətin Hüseynzadə (Madteen) avtoqəzadan danışıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki,  ifaçı bu sözləri deyib:

"Ötən gün bədbəxt hadisə baş verdi. Avtoyumada maşınımı avtoyuma əməkdaşı ilə təmizləyirdik. Anidən bir avtomobil gəlib, mənim maşınıma çırpıldı. Avtoyuma əməkdaşı xəsarət aldı. O, indi xəstəxanada reanimasiyadadır. Fikrim, ağlım ancaq onun yanındadır. Mən qəzadan bir addım hərəkətlə qurtuldum. Avtomobil məni vurub kənara atdı. Ayağımı itirə və ya yanımdakı qardaşla mən də reanimasiyaya düşə bilərdim. Dualarınızı həmin gəncdən əsirgəməyin. Çünki onun iki övladı var. Qəza bizə onu öyrədir ki, sükan arxasında olanda ehtiyatlı olmaq lazımdır. Hadisədir, heç kim istəməzdi, belə olsun".

---------

13:11

İyulun 25-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, sürücü H.Zahidov idarə etdiyi "Opel" markalı avtomobillə Ş.Kamilov küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirib.

Hadisə nəticəsində avtomobil yol kəsişməsində yerləşən avtoyuma məntəqəsində olan "Changan" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində avtoyuma məntəqəsində çalışan bir nəfər müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirilib, tərəflərin izahatları alınıb. Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.

Araşdırmalar Sabunçu Rayon Polis İdarəsində davam etdirilir.

-------

10:00

Sosial şəbəkələrdə yayılan qəza görüntüsü diqqət çəkib.

Milli.Az bildirir ki, sözügedən videoda müğənni Mətin Hüseynzadənin (MadTeen) son anda ölümdən xilas olması əks olunub.  Hərəkətsiz vəziyyətdə dayanan nəqliyyat vasitəsinin arxasında dayan gənc oğlan isə şanslı olmayıb.

Belə ki, taksi xidməti göstərən avtomobil idarəetməni itirərək digər maşına çırpılıb.

Qəzanın anbaan görüntüsünü təqdim edirik:

Hüseyn
Milli.Az


Etiketlər:  Dəhşətli qəzadan qurtulmuş müğənni danışdı Bir an yadımdan YENİLƏNİB VİDEO


RƏYLƏR