Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qərb Ermənistanı balaca uşaq kimi aldatmaqda davam edir''

''Qərb Ermənistanı balaca uşaq kimi aldatmaqda davam edir''

Tarix: 26 Iyul 2024 15:34

Siyasətçilər və ekspertlər Avropa İttifaqının Avropa Sülh Fondu tərəfindən Ermənistana ayrılmasına qərar verilən 10 milyon avro dəyərində hərbi-texniki yardımın müzakirəsini davam etdirirlər.

Xəbər yayılandan dərhal sonra Ermənistan Xarici İşlər Nazirliyindən bildirildi ki, bu, Ermənistan və Aİ arasında dərinləşən tərəfdaşlıqda çox mühüm mərhələdir.

Rəsmi Bakı isə İrəvana hərbi yardımın ayrılmasını səhv və təhlükəli addım adlandırıb. Daha sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu mövzuya münasibət bildirib. Kremlin nümayəndəsi vurğulayıb ki, Moskva Ermənistanın siyasi müdrikliyinə güvənir, bu cür axtarışlara hörmətlə yanaşır, lakin bunun Kiyev rejiminin bir vaxtlar seçdiyi "ya, ya da" alternativsizliyində aparılmasını istəməzdi.

10 milyon avrodan əlavə, Avropa İttifaqı (Aİ) Ermənistan üçün viza rejiminin liberallaşdırılmasını vəd edib. Bu açıqlamadan sonra İrəvandakı sağlam düşüncəli analitiklər heyrətlərini gizlədə bilmədilər. Ermənistan XİN rəhbərinin keçmiş müavini Geqam Qaribcanyan söylədi ki, Avropa İttifaqı hər dəfə Ermənistanla viza liberallaşdırılması mövzusunu "mürəbbəni dolabdan çıxarıb göstərmək kimi" istifadə edir.

Onun sözlərinə görə, Brüssel istəsəydi, prosesi çoxdan başa çatdıra bilərdi, lakin görünür, bu onların planında yoxdur:

"Ermənistan indi Aİ üçün heç bir dəyər ifadə etmir. Onların məmurları özlərinin doğru bildiklərini bizə diktə edir, Ermənistanın necə yaşamalı və nə etməli olduğunu İrəvana sırımağa çalışırlar. Nəhayətdə isə Ermənistan ordusunda ABŞ Silahlı Qüvvələrinin nümayəndəsi peyda olacaq (onu ABŞ Dövlət Departamentinin mülki məsləhətçisi də adlandırırlar). Bu, artıq Ermənistandan Rusiyaya işarəedici jest kimi görünür.

"PolitRus" informasiya-analitik portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkov isə Oxu.Az-a müsahibəsində bildirib ki, Ermənistana ayrılan 10 milyon avro böyük məbləğ deyil:

"Bu pullar hesabına Ermənistan ordusunda nələrin modernləşdiriləcəyini təsəvvür etmək çox çətindir. Üstəlik, sinizm də diqqətdən kənarda qalmır, çünki vəsait Avropa Sülh Fondundan ayrılır. Ermənistan Müdafiə Nazirliyindəki total korrupsiyanı nəzərə alsaq, real "alıcı"ya ən yaxşı halda 1-2 milyon avro çatacaq, hansı ki, mən hətta buna da şübhə edirəm. Ona görə də bu məbləğ Ermənistan rəhbərliyinə növbəti üstüörtülü rüşvət və ya onların Rusiyadan üz döndərmələri səbəbindən itkilərin kompensasiyası kimi qəbul edilə bilər.

Aİ ilə vizasız rejimin liberallaşdırılmasına gəlincə, bunu bir növ uşaq başı aldatmaq kimi qəbul etmək olar. Mən nə vaxtsa Ermənistan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə, xüsusən, Fransaya yollanmaq üçün hansısa viza problemləri ilə üzləşdiklərinə şübhə edirəm. Avropa ölkələrinə səyahət edə bilən hər kəsin çoxdan multivizası var. Avropa İttifaqına vizasız gediş-gəliş ancaq Avropaya çörəkpulu dalınca getmək istəyən, yaxud imtiyaz qazanıb ancaq onun hesabına dolanan, ya da oradakı qeyri-qanuni mühacirlər sırasına qoşulan erməniləri cəlb edə bilər.

Ermənistan ordusunda amerikalının peyda olması məqamına gəlincə, bunu Moskvaya bir növ ismarış kimi də qəbul etmək olar. Amma bu, nə İrəvan-Moskva, nə də Vaşinqton-İrəvan münasibətlərində heç nəyi dəyişmir. Biz hamımız çox yaxşı başa düşürük ki, Ermənistan və ABŞ silahlı qüvvələri arasında qarşılıqlı əlaqə çoxdan qurulub və Ermənistan Müdafiə Nazirliyində amerikalı müşavirlər var. Sadəcə olaraq, indi vəziyyət rəsmiləşdirilir. Lakin bu, Ermənistan qoşunlarının müdafiə qabiliyyətinin yaxşılaşmasına təsir etməyəcək.


Etiketlər:  Qərb Ermənistanı balaca uşaq kimi aldatmaqda davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ