Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə ordusu daha 16 terrorçunu MƏHV ETDİ

Türkiyə ordusu daha 16 terrorçunu MƏHV ETDİ

Tarix: 28 Iyul 2024 22:22

Türkiyənin Milli Müdafiə Nazirliyi bazar günü İraq və Suriyanın şimal rayonlarında 16 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, zərbələr silahlıların İraqın şimalındakı Asos, Hakurk və Qara bölgələrinə, həmçinin Suriyada "Fərat Qalxanı" antiterror əməliyyatı zonasına endirilib.

"İraqda 11, Suriyanın şimalında 5 PKK terrorçusu məhv edilib. Türkiyə Silahlı Qüvvələrinin bölgədəki əməliyyatları sonuncu terrorçu məhv edilənə qədər davam edəcək", - deyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir.


Etiketlər:  Türkiyə ordusu daha terrorçunu MƏHV ETDİ


RƏYLƏR