Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə” təsdiqləndi

“Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə” təsdiqləndi

Tarix: 29 Iyul 2024 14:30

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə təsdiq edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Əsasnamə Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Prezidentin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmana əsasən təsdiq edilib.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll edilməsi tapşırılıb.

Milli.Az


Etiketlər:  Suların İstifadəsinə Mühafizəsinə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə təsdiqləndi


RƏYLƏR